logo
logo logo
logo

20 manatlıq dövlət rüsumu ləğv edilir

14:03 - 07 İyul 2026

20 manatlıq dövlət rüsumu ləğv edilir

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az