logo
logo logo
logo

"Expressbank" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ

16:08 - 07 İyul 2026

\"Expressbank\" rəhbərliyinə ödənişlər 35,5% artıb - MƏBLƏĞ

"Expressbank"ın 2025-ci il üzrə maliyyə hesabatı bankın əsas idarəedici heyətinə ödənişlərin artdığını göstərir.


Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ildə əsas idarəedici heyətə ödənilən əməkhaqqı və qısamüddətli ödənişlərin həcmi 1 milyon 983 min manat təşkil edib.

Bu göstərici 2024-cü ildəki 1 milyon 444 min manat ilə müqayisədə 539 min manat və ya 37,3% artıb.

Rəhbər heyət üzrə sosial sığorta xərcləri də yüksəlib. Belə ki, bu xərc 2024-cü ildəki 244 min manatdan 2025-ci ildə 304 min manata çatıb. Bu da 60 min manat və ya 24,6% artım deməkdir.

Nəticədə, əsas idarəedici heyətə edilən ümumi ödənişlər 2025-ci ildə 2 milyon 287 min manat olub. Bu, əvvəlki illə müqayisədə 599 min manat və ya 35,5% çoxdur. 2024-cü ildə bu göstərici 1 milyon 688 min manat olub.

Hesabata əsasən, 31 dekabr 2025-ci il tarixinə bankın əsas idarəedici heyəti 9 nəfərdən ibarət olub. Əsas idarəedici heyətə Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri daxildir.

İdarə Heyətinə sədr Mehman Məmmədov, İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı Rüfət Mürşüdlü, həmçinin İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Fuad Muradəliyev daxildir.

 Müşahidə Şurasında sədr Əfqan Cavadov, üzvlər Samirə Qəhrəmanova və müstəqil üzv Fuad Məmmədov təmsil olunur. Audit Komitəsinin sədri Fuad Məmmədov, müstəqil kənar üzvləri isə Rüfət Nağıyev və Esmira Məmmədovadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az