logo
logo logo
logo

AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

12:00 - 14 İyul 2026

AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

2026-cı ilin 1-ci yarısının nəticələrinə görə AccessBank-ın xalis mənfəəti 34,4% və ya 7,2 mln manat artaraq 28.1 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci yarısı ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 12% və ya 28.2 milyon artaraq 262.6 milyon manata yüksəlmişdir.

Artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

-          Kredit portfeli 12.8% və ya 156.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 381.4 milyon manat təşkil edib.

-          Kredit portfelinin 75.4%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1042.1 milyon manatdır.  Bu göstərici bankın real sektorun maliyyələşdirilməsinə, biznes subyektlərinin inkişafına və sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş strateji yanaşmasını əks etdirir

-          Depozit portfeli 1.7% və ya 17.7 milyon manat artıb və hesabat dövrün sonuna 1 084.6 milyon manat təşkil edib. Bu da bankın dayanıqlığının və müştəri etimadının sabit şəkildə güclənməsinin göstəricisidir.

-          Eyni zamanda, AccessBank cari ilin 1-ci yarısında beynəlxalq nüfuzlu xarici kreditorlardan 47.3 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.

-          Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% çoxdur.

-          Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.4% artaraq 141.3 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 10.9 milyon artaraq 84.9 milyon manat təşkil edib.

-          Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 8.6 milyon manat olub.

-          Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci yarısında 41.3 milyon manata çatıb.

-          Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 82.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az