Qırmızı
Ürəklər Fondunun “Pəncəli Ürəklər” aksiyası uğurla davam edir. Aksiya çərçivəsində
daha 15 Kapital Bank/Birbank filialınının qarşısında sahibsiz heyvanlar üçün
xüsusi yuvalar quraşdırılıb. Bununla da layihə çərçivəsində yerləşdirilən
yuvaların ümumi sayı 35-ə çatıb.
Aksiyanın
əsas məqsədi cəmiyyətdə sahibsiz heyvanlara qarşı qayğı və məsuliyyət hissini
gücləndirmək, onların daha təhlükəsiz şəraitdə yaşamasına dəstək olmaqdır.
Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin
yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər. “Pəncəli Ürəklər”
aksiyası bu istiqamətdə fəaliyyətini davam etdirərək daha çox filialı və bölgəni
əhatə etməyi hədəfləyir.
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə
dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.