Ölkənin birinci bankı Kapital Bank tərəfindən fond
bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan
istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il
tarixində Bakı Fond Birjasında başa çatıb.
Kapital Bank istiqrazlarına həm fiziki, həm də
hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib.
Belə ki, abunə yazılışında toplanan
sifarişlərin həcmi buraxılış
həcmindən 3 dəfəyə yaxın çox olub.
Abunə yazılışına ümumilikdə 330-dan
çox investor tərəfindən 146 milyon manatdan
çox sifariş verilib. Ümumilikdə, istiqrazların alınması
üçün 314 fiziki şəxs tərəfindən 57 milyon manatdan
çox sifariş verilib ki, onların da 246 nəfəri Birbank
Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə abunə yazılışında
iştirak edib.
Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyata keçirilib. Birbank
Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında
investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.
Qeyd edək ki, Kapital Bank istiqrazlarının müddəti
1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri
investorlara aylıq ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital
İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı
və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da
mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan
kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya
məhsulları təklif etməyi hədəfləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13
Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.