İnklüziv rəqəmsal mühitin yaradılmasına önəm verən Bir ekosistemi, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Hər yaşa dost" (Age-friendly) konsepsiyası çərçivəsində 60 yaşdan yuxarı şəxslər üçün istifadəçi təcrübəsi və maarifləndirmə sessiyası təşkil edib.
Təşəbbüsə “Üçüncü Bahar” İctimai Birliyinin YAŞA Mərkəzindən
40-a yaxın təqaüdçü qatılıb. Onlar Bir-in rəqəmsal xidmətləri ilə tanış olaraq
bir çox funksionallığı sınaqdan keçirib təəssüratlarını və təkliflərini
bölüşüblər. İştirakçıların rəyləri xidmətlərin daha rahat və anlaşıqlı olması,
funksiyaların isə yuxarı yaş qrupuna aid istifadəçilərin ehtiyaclarına daha
uyğun təqdim edilməsi baxımından faydalı olub.
Sessiyada səsləndirilən fikir və təkliflər Bir-in məhsul və
xidmətlərinin daha da təkmilləşdirilməsində nəzərə alınacaq. Şirkət gələcəkdə
də müxtəlif yaş qruplarından olan istifadəçilərlə belə görüşlər keçirməyi
planlaşdırır.
Görüş çərçivəsində iştirakçıların rəqəmsal savadlılığının
artırılması məqsədilə “Bank xidmətlərində təhlükəsizlik və istifadə təcrübəsi”
mövzusunda xüsusi təlim də təşkil olunub. Təqaüdçülərə kiberdələduzluq riskləri
və rəqəmsal bank xidmətlərindən təhlükəsiz istifadə qaydaları barədə ətraflı
məlumat verilib.
Qeyd edək ki, Ümumdünya
Səhiyyə Təşkilatının (WHO) “Age-friendly” konsepsiyası insanların həyat boyu
qabiliyyətlərini qorumasına və inkişaf etdirməsinə dəstək olmağı hədəfləyir. Bu
yanaşmanın əsas məqsədi, yaşından asılı olmayaraq hər kəs üçün xidmətlərin,
məhsulların və texnologiyaların əlçatan, rahat və istifadəsinin asan olmasını
təmin etməkdir. Bu prinsiplər əsasında hazırlanan həllər yaşlı nəslin rəqəmsal
xidmətlərdən daha inamla və rahat şəkildə faydalanmasına imkan yaradır.
Qeyd edək ki, Bir ekosistemi 2017-ci ildən etibarən YAŞA
Mərkəzlərinə dəstək göstərərək təqaüdçülərin sağlam və aktiv həyat tərzini
davam etdirmələri, eləcə də cəmiyyət həyatında fəal iştirak etmələri üçün
müxtəlif təşəbbüslər həyata keçirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik
xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam
inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini –
Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması,
Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək
2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə
xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və
BakıKart ilə qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və
ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az