Yasamalda mənzil axtararkən seçim yalnız ərazi ilə məhdudlaşmır. Hazır mənzilə köçmək istəyirsən, yoxsa tikintisi davam edən layihədən seçim etmək? Daha geniş sahə, studiya planı, şəxsi bağça və ya terras sənin üçün daha önəmlidir? Doğru mənzili seçmək üçün bütün bu imkanları bir yerdə müqayisə etmək vacibdir.
“Park Yasamal” bu baxımdan Yasamalda fərqli mənzil seçimləri axtaranlar üçün geniş imkanlar təqdim edir. Kompleks 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən lokasiyada yerləşir.

Kompleksdə həm hazır, həm də tikintisi davam edən
binalarda mənzil seçimləri mövcuddur. Hazır binalarda 48,96 kv.m-dən 120,47
kv.m-dək sahəsi olan 2 otaq studiya, 2, 3 və 4 otaqlı mənzillər təklif edilir.
Tikintisi davam edən binalarda isə 66,45 kv.m-dən 111,68 kv.m-dək sahəsi olan
2, 3 və 4 otaqlı mənzillər arasından seçim etmək mümkündür.
“Park Yasamal”da standart mənzil seçimləri ilə yanaşı, bağçalı və terraslı mənzillər də var. Şəxsi bağçalı mənzil bina evində, həyət rahatlığı yaşamaq imkanı verir. Terraslı mənzillər isə evdən çıxmadan açıq havada dincəlmək və şəxsi istirahət guşəsi yaratmaq istəyənlər üçün əlavə üstünlükdür.

Mənzillərin təmirində müxtəlif Avropa brendlərinin
məhsullarından istifadə olunur: Almaniya istehsalı “HARO” parketləri,
elektrik açarlarında İtaliyanın “GEWISS” brendi, İtaliya istehsalı “Prysmian”
yanmayan kabelləri, divarlarda “Zambaiti Parati” divar kağızları, hamam
aksesuarlarında Almaniyanın “GROHE” brendi, sanitar və ümumi sahələrdə
isə İtaliyanın “Infinity” keramoqranitləri tətbiq edilir.
“Park Yasamal” yalnız mənzil seçimi ilə deyil, kompleks
daxilində təqdim etdiyi yaşayış imkanları ilə də fərqlənir. Göl ətrafında
istirahət zonaları, geniş yaşıllıq sahəsi, futbol meydançası, özəl uşaq
bağçası, 24/7 kamera-nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin
gündəlik ehtiyaclarını nəzərə alır. Kompleksin ətrafında da gündəlik yaşam üçün
lazım olan əsas xidmət və imkanlara rahat çıxış mümkündür.
Mənzil seçərkən əsas məsələ yalnız bu gün üçün uyğun ev tapmaq deyil, gələcəkdə də dəyərini qoruyacaq seçim etməkdir. “Park Yasamal”da mənzillər 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə satışa təqdim olunur.

Bundan əlavə, “Kristal”ın yeni “Evini hissə-hissə al”
satış modeli ilə mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə mərhələli
şəkildə sahib olmaq mümkündür. Yəni mənzilin istədiyin sahəsini bu gündən
kvadrat-kvadrat ala, gələcəkdə dəyər qazanacaq daşınmaz əmlaka tədricən yatırım
edə bilərsən. Pulunu sadəcə yığmaq əvəzinə, onu daşınmaz əmlaka çevirərək
gələcəyinə yatırım etmək imkanı yaranır.
“Park Yasamal”da mənzil seçimləri, tikinti ərazisi və satış
şərtləri ilə yerində tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544
nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal
rayonu, Kamil Rəhimli küçəsi