Qafqazın ilk tam
inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, ölkədə ilk dəfə keçiriləcək
“Spark ’26” tələbə-texnologiya festivalına qeydiyyat prosesinə start
verir. 5 sentyabr tarixində “Elektra Events Hall”da baş tutacaq festival
texnologiya həvəskarı olan gəncləri bir araya gətirəcək.
Tədbir iştirakçılara
aparıcı texnologiya brendləri ilə tanışlıq, sahənin peşəkarları ilə netvörkinq,
yeni biliklər və karyera imkanları vəd edir. Festivalda müxtəlif texnoloji
mövzularda çıxışlarla yanaşı, əyləncəli proqram, sürpriz qonaqlar və hədiyyə
qazanmaq şansları da yer alacaq.
“Spark ’26” festivalında
iştirak etmək istəyən texnologiya və əlaqəli ixtisaslar üzrə bakalavrın
son kurs tələbələri, magistrantlar və yeni məzunlar fərdi qaydada müraciət edə
bilərlər. Müraciətlər 24 avqust tarixinədək qəbul edilir və
yalnız seçim mərhələsindən uğurla keçən iştirakçılara dəvətnamə göndəriləcək.
Qeydiyyat linki: https://careers.bir.az/
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin
gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk
tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini –
Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması,
Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək
2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə
xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və
BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və
ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha
ətraflı: bir.az