Ölkənin aparıcı pərakəndə
satış şəbəkələrindən olan "Tamstore", xalqımızın inamı və dəstəyi ilə
böyüməyə devam edir. Marketlər şəbəkəsi 25 avqust tarixində yubiley 100-cü
mağazasının təntənəli açılışını reallaşdıracaq.
Tamstore bu xüsusi günü
müştərilərə daha yaddaqalan etmək üçün şəbəkənin bütün filiallarında
"100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ” kampaniyasına start verəcək.
25-26 avqust tarixlərində keçərli
olacaq kampaniya çərçivəsində alıcılar ən çox tələb olunan 100 seçilmiş məhsuldan
birini aldıqda, ikincisini tamamilə pulsuz əldə edəcəklər.
Kampaniyada seçilmiş ət məhsulları,
süd və süd məhuslları, kərə yağı, düyü, makaron, şirniyyatlar, duru yağlar,
gigyenik və təmizlik məhsulları, şəxsi baxım və kiçik ev əşyaları müştərilərə hədiyyəli
təqdim ediləcək. Eyni zamanda 24-30 avqust tarixlərində dana əti və quzu ətində
də “Ət Festivalı” çərçivəsində möhtəşəm endirimlər təqdim ediləcək.
Qeyd edək ki, Tamstore
2023-cü ildən fəaliyyət göstərir. Bakı və Sumqayıtla yanaşı Gəncə, Naxçıvan,
Xankəndi, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Ağcabədi, Ağdaş, Beyləqan, Masallı, Cəlilabad,
Mingəçevir, Salyan, Hacıqabul, Şamaxı, Şəki və Zaqatalada Tamstore filialları
müştərilərin xidmətindədir.
*Məhsullar məhdud saydadır.
https://www.youtube.com/watch?v=V6I-diLa5LU