Yerli
telekommunikasiya bazarında ilk dəfə abunəçilər “Steam” balansını əlavə
komissiya və vergi ödəmədən mobil hesabları vasitəsilə artıra biləcəklər.
Azercell abunəçilərinə
yeni “Steam Top-Up” xidmətini təqdim edir. Yeni xidmət istifadəçilərə “Steam”
hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı
hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu
imkanı təqdim edən yeganə mobil operatordur.
“Steam Top-Up” xidməti
sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə
etmədən “Steam” hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun
üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və
balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına
“Steam” platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün
hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin
birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan
edir.
Steam dünyanın ən
böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə
oyun və rəqəmsal məzmun təklif edir. Platformada
Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring,
Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən
istifadə olunur.
“Steam Top-Up” xidmətinin
istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal
platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər
portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin
davamıdır.
Xidmət haqqında ətraflı
məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində
əldə etmək mümkündür.