Bakcell
danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə
istifadə üçün əlavə internet bonusları təqdim edən “GO” tariflərini abunəçilərinə
təklif edir.
0.99
AZN-dən başlayan “GO” tariflərindən birinə qoşulan istifadəçilər WhatsApp,
Facebook, Instagram, TikTok və YouTube platformalarında istifadə üçün əlavə
internet bonusları əldə edirlər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində
istifadəçilərə 5 GB internet, 300 ölkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlər
üzrə 150 SMS və WhatsApp-da limitsiz yazışmaq imkanı təqdim olunur.
Qeyd
edək ki, mövcud tariflərdən “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO”
tarifləri haqqında ətraflı linkə keçid edərək əldə
etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.