AccessBank dinləyicilər üçün yeni
onlayn audio platforması – AccessRadio-nu
istifadəyə verib. Bank sektorunda ilk dəfə tətbiq olunan bu təşəbbüs musiqi,
podkast və müxtəlif audio verilişləri vahid platformada bir araya gətirir.
AccessRadio istifadəçilərə müxtəlif janrlarda seçilmiş musiqilərlə
yanaşı, AccessTalks podkastının
buraxılışlarını və AccessBank əməkdaşlarının iştirakı ilə hazırlanan audio
verilişləri dinləmək imkanı yaradır. Platformada maliyyə, biznes, texnologiya
və digər aktual mövzular üzrə faydalı və maraqlı məzmun təqdim olunur.
Yeni audio platformanın
yaradılmasında məqsəd auditoriya ilə ünsiyyət üçün daha müasir və rahat format
təqdim etmək, eyni zamanda faydalı məlumat və əyləncəni bir platformada
birləşdirməkdir.
AccessRadio-ya qoşulmaq üçün AccessBank-ın rəsmi veb-saytına daxil
olaraq radio bölməsinə keçid etmək kifayətdir: https://www.accessbank.az/radio/
AccessBank yeni layihə ilə ənənəvi
bank xidmətlərindən kənarda da auditoriyası üçün faydalı və innovativ rəqəmsal
təcrübələr yaratmağa davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət
göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3
ünvanında yerləşir.