Sərfəli mobil operator “Nar”ın təşəbbüsü ilə
həyata keçirilən “Jestdili.az” layihəsinin yeni versiyası istifadəyə verilib.
Platformanın dizaynı və strukturu yenilənib, istifadəçi rahatlığını artıran
yeni funksiyalar əlavə olunub, həmçinin beynəlxalq işarət dili üzrə yeni bölmə
yaradılıb.
Yeni bölmədə beynəlxalq işarət dilində 100
söz və əlifba üzrə video materiallar təqdim olunur. İstifadəçilərin sözləri
daha asan və sürətli tanıması üçün “kateqoriyalar” bölməsinə video önizləmə
funksiyası əlavə edilib. Beləliklə, istifadəçi sözü açmadan müvafiq jesti qısa
video vasitəsilə nəzərdən keçirə bilir.
Yeni sözlərlə yanaşı, platformada mövcud
olan söz və ifadələr mütəmadi olaraq nəzərdən keçirilir, onların video
materialları daha təkmil formada hazırlanaraq yenilənir. Video izahların
hazırlanması üçün layihəyə yeni aktyorlar cəlb edilir, platformanın daha əlçatan
olması üçün mütəmadi yeniləmələr həyata keçirilir.
Qeyd edək ki, “Jestdili.az” 2022-ci ildə
“NETTY” milli internet mükafatına (I yer) və 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə
Əlaqələr Assosiasiyasının (IPRA) “Golden World Awards” mükafatına (I yer) layiq
görülərək “Nar”ın inklüzivlik və korporativ sosial məsuliyyət sahəsində ən
uğurlu təşəbbüslərindən biri kimi tanınıb.
“Nar”ın həyata
keçirdiyi sosial layihələr barədə ətraflı məlumatı nar.az saytından əldə
edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2
milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son
7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.