logo
logo logo
logo

Kriptovalyuta bazarında qarışıq dinamika

11:45 - 05 Sentyabr 2026

Kriptovalyuta bazarında qarışıq dinamika

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlər üzrə fərqli istiqamətlərdə dəyişiklik qeydə alınıb.


Manset.az xəbər verir ki, “Bitcoin”in qiyməti 1,19% azalaraq 79 662,81 dollara düşüb. “Ethereum” 1,93%, “XRP” isə 2,74% ucuzlaşıb. Onların qiyməti müvafiq olaraq 2 453,75 və 1,40 dollar təşkil edib.

Bəzi kriptovalyutalar isə bahalaşıb. “BNB” 0,50%, “TRON” 1,14%, “Zcash” isə 6,74% artıb. “Zcash”ın qiyməti 1 015,60 dollara yüksəlib.

“Solana”, “Hyperliquid” və “Dogecoin”in qiymətlərində də müvafiq olaraq 1,37%, 2,04% və 1,96% azalma olub.

Stabilkoinlərdə isə ciddi dəyişiklik qeydə alınmayıb. “Tether” 1 dollar, “USDC” isə 0,9998 dollar səviyyəsində qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az