logo
logo logo
logo

Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu 

14:57 - 29 Sentyabr 2026

Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu 

Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd pul çıxarmasına məhdudiyyət qoyulub.


Manset.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Yeni qaydalara əsasən, fiziki şəxslər Rusiyadan qeyd olunan ölkələrə 1 milyon rubldan artıq nağd Rusiya valyutası apara bilməyəcəklər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğindən asılı olmayaraq tətbiq olunur.

Fərmanda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, nağd vəsaitin hökumətin müəyyən etdiyi beynəlxalq hava limanlarından çıxarılması və pulun bank hesabından götürüldüyünü təsdiqləyən sənədlərin təqdim edilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur.

Qeyd edək ki, bundan əvvəl Rusiyadan Aİİ ölkələrinə fiziki şəxslər tərəfindən nağd rublun çıxarılmasına 100 min ABŞ dolları ekvivalentində limit tətbiq edilirdi. Azərbaycan, Tacikistan və Özbəkistan isə həmin məhdudiyyətin əhatə dairəsinə daxil deyildi.

Yeni qərarla bu üç ölkə də nağd rublun ölkədən çıxarılmasına tətbiq edilən məhdudiyyətlərin siyahısına əlavə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az