Azərbaycanda ağır QƏZA: Tələbə həlak oldu - FOTO

10:45 - 07 May 2025

Azərbaycanda ağır QƏZA: Tələbə həlak oldu - FOTO

Mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın məlumatına görə, Murad Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.

Faktla bağlı cinayət işi başlanılıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv