Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətdə qeydə alınıb. Yolu keçmək istəyən piyada 30-35 yaşlı kişini ( şəxsiyyəti dəqiqləşdirilir) “Mercedes” markalı avtomobillə vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt üzrə araşdırma aparılır.