41 yaşlı kişi atdan yıxılıb öldü

23:15 - 12 May 2025

41 yaşlı kişi atdan yıxılıb öldü

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən təsərrüfat sahəsində olub.

Belə ki, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allaverən oğlu ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb və T. Əliyev hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv