Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Manset.az xəbər verir ki, Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
21:38
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.