Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - FOTO

12:08 - 14 May 2025

Bakıda \"yüksək vəzifəli\" şəxsi polis saxladı - FOTO

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, 45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə — aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir. 

T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib. 

Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir. 

Hazırda istintaq hərəkətləri davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv