Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində baş verib.
Təyyar Xəlilovun idarə etdiyi 90 ZV 487 dövlət nömrəli "Hyundai" markalı avtomobil hərəkətdə olarkən yolu keçən piyada, 2008-ci il təvəllüdlü Turan Məcidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi imiş.
Hadisəni törətməkdə şübhəli bilinən T.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.