Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.