Daha iki tiktoker ev dustaqlığına buraxıldı

18:58 - 03 İyun 2025

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.


Manset.az xəbər Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə (“Xan”) və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.

Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv