Bakıda dəhşətli qətl hadisəsi baş verib. Ata və azyaşlı qızı evdə yatarkən ana mətbəxdə olub. Mətbəxdən qayıdan qadın qorxunc mənzərə ilə qarşılaşıb: körpəsi qan içində, həyat yoldaşı isə ölü vəziyyətdə olub.
Manset.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.
Onun sözlərinə görə, hadisəni törədən ailənin yaxın qohumu – mərhumun qardaşıdır. O, uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü etiraf edərək, dərhal polisə təslim olacağını bildirib.
Qadının sözlərinə görə, həyat yoldaşı narkotik istifadəçisi olsa da, sakit xarakterli və mübahisədən uzaq biri olub. Hadisəyə isə iki qardaş arasında yaşanan mübahisə səbəb olub. Qatil qardaş həyət evində özünə əlavə qapı yeri açılmasını tələb edirmiş.
Hazırda ana azyaşlı qızı ilə birlikdə müvəqqəti sığınacağa yerləşdirilib. Onlara psixoloji yardım göstərilir. 1 yaşlı qız uşağının geyim və ayaqqabıya ehtiyacı var.