Qadın çəkiliş gələnə qədər öldürülübmüş... - VİDEO

23:52 - 02 Sentyabr 2025

Qadın çəkiliş gələnə qədər öldürülübmüş... - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib. 


Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Məlikova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib. Onun qətlində  58 yaşlı qaynı Pərviz Məlikov şübhəli bilinərək saxlanılıb.

O da məlum olub ki, qətlə yetirilən qadın səhər saatlarında “Xəzər Xəbər”in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edib.

O, qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən videoları da göndərib.

Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirib.

Çəkiliş qrupu Əminə Məlikovanın ünvanına çatanda isə qadının öldüyü xəbərini eşidib.

Ətraflı süjetdə:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az