14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

11:46 - 04 Sentyabr 2025

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az