İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı 

09:06 - 29 Sentyabr 2025

İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı 

Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub.

Belə ki, hadisə zamanı rayon sakinləri - 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az