Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R.Cəfərov polisə gedərək ifadə verib.
***
18:23
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant R. Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.
***
15:32
Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin 2007-ci il təvəllüdlü R.Cəfərov tərəfindən törədildiyi bildirilir.
Həmin şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
13:59
Gəncə şəhərində qətl hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, cinayət şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.