Bakıda faciəli hadisə baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti ərazisində qeydə alınıb.
1938-ci il təvəllüdlü Valentina Vasilyevna Rüstəmova yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.