Ərini öldürüb həyətdə basdırdı - Üstünə gül əkdi

16:59 - 22 Oktyabr 2025

Ərini öldürüb həyətdə basdırdı - Üstünə gül əkdi

Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyənləşib.  Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib. O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az