15 yaşlı oğlan anasını öldürdü - Azərbaycanda dəhşət

12:51 - 17 Noyabr 2025

15 yaşlı oğlan anasını öldürdü - Azərbaycanda dəhşət

Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.

Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az