Cəlilabad şəhərində diş poliklinikasında çürümüş meyit tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən tibb müəssisəsinin ikinci mərtəbəsində qeydə alınıb.
Meyiti çürüməyə məruz qalmış şəxsin 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.