Tovuzda üç yaşlı oğlan faciəli şəkildə ölüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Düz Qırıqlı kəndində baş verib.
Kənd sakini, 2022-ci il təvəllüdlü H.Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.