Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insident ölümlə nəticələnib.
Manset.az 24News.ge-yə istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı gənc tibbi müdaxilələrə baxmayaraq, "Aversi" klinikasında həyatını itirib.
Məlumata əsasən, gəncin ölüm xəbərindən sonra klinikada qarşıdurma yaranıb, bununla əlaqədar hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və insanları çölə çıxarıblar.
Mövcud məlumata əsasən, güllə yarası alan atanın vəziyyəti isə stabildir. Hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır. Sözügedən maddə qəsdən adam öldürməyə cəhd hallarını nəzərdə tutur.