Ağcabədidə 7 yaşlı oğlan bıçaqlandı - Yeniyetmə saxlanıldı

13:36 - 05 Fevral 2026

Ağcabədidə 7 yaşlı oğlan bıçaqlandı - Yeniyetmə saxlanıldı

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.


Manset.az xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

    Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    12.36

    Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az