Bakıdakı “İdrak Liseyi”ndə silahlı insident baş verib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
***
Liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.
***
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
Manset.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.