Bakıda ər və arvad kirayə qaldığı evdə öldülər

10:29 - 01 Aprel 2026

Bakıda ər və arvad kirayə qaldığı evdə öldülər

Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölü tapılıblar.


Manset.az xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti kirayə yaşadığı Araz Novruzov küçəsi 26 ünvanındakı fərdi yaşayış evində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az