Bir həftə əvvəl 20 yaşlı gənci öldürən şəxs belə saxlanıldı - VİDEO

14:29 - 03 Aprel 2026

Bir həftə əvvəl 20 yaşlı gənci öldürən şəxs belə saxlanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli rayonunda 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən bıçaqlanaraq həyatını itirib. Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 2004-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş E.İ.-ni isti izlərlə saxlayıblar.


Manset.az Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 2 aprel tarixində Marneulidə əvvəllər baş vermiş mübahisə səbəbindən yaranan qarşıdurma zamanı 2005-ci il təvəllüdlü E.B.-yə soyuq silahdan istifadə edərək boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralanan gənc aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılan kimi vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində E.İ.-ni cinayəti törətdikdən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar.

Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az