logo
logo logo
logo

Uşaqlara işgəncə verən ana və sevgilisinə HÖKM

18:53 - 28 İyun 2026

Uşaqlara işgəncə verən ana və sevgilisinə HÖKM

Tərtərdə və Bakıda yaşadıqları ünvanlarda 6 və 11 yaşlı uşaqlara işgəncə verən 1991-ci il təvəllüdlü ana və sevgilisinin məhkəmə prosesi başa çatıb.


Manset.az Xitab24.az-a istinadən xəbər verir ki, hakim qarşısına 24 yaşlı Tural Rüstəmov və onun sevgilisi, uşaqların anası Çinarə çıxarılıb.


Əvvəlcə onu bildirək ki, Çinarə evli olduğu zaman “TikTok”da Turalla tanış olub və sonradan ailə mübahisələrinin olduğunu deyərək, uşaqlarla birgə onunla yaşamağa başlayıb.


Çinarənin əri isə arvadını və uşaqlarını tapa bilmədiyi üçün DİN-in 102 zəng xidmətinə müraciət edib. Həmin günün axşam saatlarında isə Çinarə ərinə zəng edərək, polisə şikayət etməməsini, evə bir daha qayıtmayacağını bildirib.


Bundan sonra 31 yaşlı qadın uşaqları ilə birlikdə sevgilisinin yanında yaşayıb. Amma bu, uşaqlar üçün əsl kabusa çevrilib. Belə ki, uşaqlar nadinclik edəndə həm Tural, həm də Çinarə onlara işgəncələr verib.


Bu işgəncələrin arasında sobada qızdırılmış qaşıqla uşaqların əl, ayaq, üz nahiyəsinə damğa basmaq, onları ac və gecə saatlarında çöldə saxlamaq, iplə çarpayıya bağlamaq, odun, dabankeş və digər vasitələrlə bədənin müxtəlif hissələrinə zərbələr endirmək və s. daxil olub.


İşgəncələrə və iztirablara dözə bilməyən uşaqlar sonda evdən qaçıblar. Onlar küçədə rastlaşdıqları qadının telefonu ilə atalarına zəng edib hadisə barədə məlumat veriblər. Bundan sonra zərərçəkmiş uşaqlar atalarının himayəsinə verilib.


Məhkəmənin hökmünə əsasən, Tural Rüstəmov 4 il, sevgilisi Çinarə isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Çinarənin himayəsində sevgilisindən 1 yaşlı övladı olduğu üçün onun cəzasının icrası uşağın 14 yaşı olanadək təxirə salınıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az