logo
logo logo
logo

32 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

09:21 - 01 İyul 2026

32 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Tovuzda qətl hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az