"Village People" qrupunun solisti Viktor Uillis vəfat edib
Manset.az BBC-yə istinadən xəbər verir ki, 1970-ci illərin məşhur disko qrupu "Village People"in solisti Viktor Uillis 74 yaşında vəfat edib.
Texas əsilli musiqiçi qrupun "YMCA", "Go West" və "In the Navy" kimi məşhur hitlərinin aparıcı ifaçısı və həmmüəllifi olub. O, qrupda polis və dənizçi obrazlarını canlandırıb.
Viktor Uillis 1980-ci ildə qrupdan ayrılsa da, sonrakı illərdə müəllifi olduğu mahnıların hüquqları uğrunda uzunmüddətli məhkəmə çəkişmələri aparıb. O, 2017-ci ildə yenidən "Village People"ə qayıdıb.
Müğənninin vəfatı ilə bağlı məlumat qrupun rəsmi "Facebook" səhifəsində paylaşılıb.