Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.
Manset.az -ın əldə məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Manset.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.
Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.