Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutuldu

13:06 - 27 İyul 2021

Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutuldu

Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6 000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az