Beyləqan sakinindən "patı" və heroin AŞKARLANDI - FOTO

09:27 - 06 Avqust 2021

Beyləqan sakinindən \"patı\" və heroin AŞKARLANDI - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm "patı" adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az