Qazaxda qətl hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.1999-cu il təvəllüdlü Mansurov Novruz Feyruz oğlu bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, gənc oğlan xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.APA