Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
22 Yanvar 2026 - 10:15
Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - VİDEO
22 Yanvar 2026 - 14:50
"Qarabağ" hansı şərtlər daxilində növbəti tura çıxa bilməyəcək?
21 Yanvar 2026 - 23:40
"Qarabağ"dan möhtəşəm QƏLƏBƏ
22 Yanvar 2026 - 00:03
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
22 Yanvar 2026 - 01:11
“Geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib” - Qurban Qurbanov
22 Yanvar 2026 - 12:54
Pensiya alanların NƏZƏRİNƏ
22 Yanvar 2026 - 09:10
Azərbaycanda bu şəxslərin təhsil haqqını dövlət ÖDƏYƏCƏK
22 Yanvar 2026 - 01:04
“Oyun gedə-gedə düşünürdüm” - Son dəqiqə qolunu şərh etdi
22 Yanvar 2026 - 00:56
Prezident “Qarabağ”ı təbrik etdi
22 Yanvar 2026 - 09:23
“Qarabağ” Çempionlar Liqasında 18-ci yerdə - CƏDVƏL
22 Yanvar 2026 - 10:45
“Qarabağ” ömrümdən ömür aldı” - VİDEO
22 Yanvar 2026 - 10:20
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - SİYAHI
Xəbər xətti
- 22 Yanvar 2026
- 21:21 İlham Əliyev “Sülh Şurasının Nizamnaməsi” mərasimindən paylaşım etdi - VİDEO
- 21:04 Zelenski BƏƏ-də keçiriləcək görüşün heyətini açıqladı
- 20:48 İlham Əliyev 3 gündə kimlərlə görüşdü? - ADLAR
- 20:27 Prezident İsveçrəyə səfərindən görüntülər paylaşdı - VİDEO
- 20:16 Ukrayna, ABŞ və Rusiya danışıqlar aparacaq
- 19:58 Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi
- 19:41 İlham Əliyevin Trampla görüşü olub - YENİLƏNİB
- 19:22 DİN əməliyyat keçirdi: 46 kq marixuana aşkarlandı - VİDEO
- 19:08 Əli Əsədov QƏRAR imzaladı
- 18:59 Masallıda hesabat yığıncağı keçirildi - FOTOLAR
- 18:49 Masazırda ev yandı - 1 nəfər öldü
- 18:38 Zəncirvari qəza: Yaralılar var - FOTO
- 18:29 Kamran Əsədovun məhkəməsində şahidlər dindirildi
- 18:17 Salyan sakini Moskvada avtomobil qəzasında öldü
- 18:09 Hazırda 22 yolda tıxac var - SİYAHI
- 17:38 4 il saxta pilotluq etdi - Həbs olundu
- 17:36 “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olundu - FOTOLAR
- 17:30 Prezident Əliyevin dilçilikdən açıq dərsi - Mahirə Hüseynova yazır
- 17:27 "Qalatasaray-Atletiko" matçı ilə bağlı Okan Burukdan açıqlama
- 17:20 Prezidentin adından saxta məlumat yayılıb - MEDİA-dan Meta-ya çağırış
- 17:19 Arda Gülerle bağlı YENİLİK - İspaniyanı tərk edəcək
- 16:58 AZAL “Accelya” ilə əməkdaşlığa başladı
- 16:56 Türkiyəli aktrisanın bacısıyla fotosu gündəm oldu - FOTO
- 16:53 "Mən ANS-də olmamışam, mən ANS olmuşam" - Mirşahin Ağayev
- 16:45 “Hollywood”da kütləvi dava - Tiktokeri döydülər
- 16:35 Narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı
- 16:24 İtaliyada fırtına həyatı iflic etdi
- 16:21 Qurban Qurbanov 500-cü qələbəni qazandı
- 16:01 ADU-da dəyirmi masa keçirildi - FOTOLAR
- 15:45 16 mindən çox terrorist təslim oldu
- 15:39 "Fənərbaxça" Prezidenti hakim qarşısına çıxdı
- 15:18 "Prezidentin siyasəti Cənubi Qafqazda sülh prosesini gücləndirir" - DEPUTAT
- 14:59 Azərbaycan Sülh Şurasına üzv oldu - FOTO
- 14:50 "Qarabağ" hansı şərtlər daxilində növbəti tura çıxa bilməyəcək?
- 14:40 "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
- 14:30 ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi
- 14:15 Məşhur aktrisaya ağır itki - FOTO
- 14:13 Prezident Davosda tədbirdə iştirak edir - CANLI
- 14:08 Dünyada yer çəkimi yox olacaq? - NASA açıqlama verdi
- 13:44 Türkiyədə bina hündürlüyündə qar yağdı - FOTOLAR
- 13:37 Özü okeanın o tayında, qəlbi Bakıda.... - VİDEO
- 13:17 Bakıda ağır QƏZA: 19 yaşlı gənc həyatını itirdi - ANBAAN VİDEO
- 13:06 Taksi sürücüləri bu tarixdə imtahan verəcək
- 12:54 Pensiya alanların NƏZƏRİNƏ
- 12:51 Meksika Prezidentindən ABŞ-yə SƏRT CAVAB
- 12:45 Güclü qarın yaratdığı fəsadlar aradan qaldırıldı - VİDEO
- 12:38 İrandakı etirazlarda ölənlərin sayı 5 minə çatır
- 12:21 Sabah yollar buz bağlayacaq - Şaxta olacaq
- 12:10 Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə o təyin olundu - FOTO
- 11:36 Yunanıstan hava şəraiti 2 nəfərin canını aldı
- 11:24 Putin Qrenlandiyanın qiymətini açıqladı