Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlanır

10:50 - 14 Dekabr 2025

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlanır

Azərbaycan və özbək  xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir.


Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində müttəfiqlik zirvəsinə yüksəlib. 

Hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələri də özünün intibah çağını yaşayır.

14-20 dekabr tarixlərində Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti,  tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib. 

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı keçiriləcək.

Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşəcək.

Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.

Eyni zamanda Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az