O, 89-cu doğum gününü qeyd edir - FOTO

15:00 - 28 Dekabr 2025

O, 89-cu doğum gününü qeyd edir - FOTO

Bu gün böyük sənətkarımız, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.


Manset.az-ın əldə etdiyi məlumata görə, korifey sənətkarın 89 yaşı tamam olur. O, 28 oktyabr 1936-ci ildə Bakı şəhərində anadan olub. 

O, uzun illərdir ki, Azərbaycan musiqi sənətinin inkişafına misilsiz töhfələr verən, milli mədəniyyətimizin dünyada tanıdılmasında mühüm rol oynayan korifey sənətkardır.

Zeynəb Xanlarova özünəməxsus səs tembri, yüksək ifaçılıq mədəniyyəti və səhnə duruşu ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Onun repertuarına xalq mahnıları, muğamlar, bəstəkar mahnıları və müxtəlif janrlarda əsərlər daxildir. Sənətkarın ifaları təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində böyük maraq və rəğbətlə qarşılanıb.

Uzun və məhsuldar yaradıcılıq yolu ərzində Zeynəb Xanlarova bir çox nüfuzlu mükafatlara, fəxri adlara layiq görülüb. O, Azərbaycan musiqisinin zənginliyini və ruhunu öz sənəti ilə nəsillərdən-nəsillərə çatdıran sənətkarlardandır.

Qeyd edək ki, bir müddət əvvəl Zeynəb Xanlarovanın çıxışları Azərbaycan televiziyasında nümayiş olunurdu. 

Sənətkarımıza uzun və sağlam ömür, yaradıcılıq uğurları arzu edirik!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az