"Kürəkənim səriştəsizliyindən maşını aşırtdı" - Namiq Məna

01:06 - 06 Yanvar 2026

\"Kürəkənim səriştəsizliyindən maşını aşırtdı\" - Namiq Məna

Tanınmış meyxanaçı Namiq Məna qızının ailə üzvləri ilə birlikdə Qubada qəzaya düşməsinin təfərrüatlarını açıqlayıb.


Manset.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində telefon bağlantısı zamanı danışıb.

Onun sözlərinə görə, qəza yolların buz bağlaması və sürücünün ehtiyatsızlığı səbəbindən baş verib:

“Kürəkənim səriştəsizliyindən maşını aşırtdı. Çox şükür olsun ki, xəsarət alan olmadı, Allah saxladı. Nəvəmin 12 yaşı var. Həmin an Qubanın təbiətini lentə almaq istəyirdi. Təsadüfdən həmin qəza da kadrlara düşdü. Ciddi xəsarət almayıblar”.

Sənətçi həmçinin çətin anda köməyə gələn Quba sakinlərinə minnətdarlığını ifadə edərək, bu dəstəyi heç vaxt unutmayacağını qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də Qubada “KIA” markalı minik avtomobilinin idarəetmədən çıxıb qayadan aşması nəticəsində sənətçinin qızı, kürəkəni və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az