Müğənnidən Dubaydakı dəbdəbəli toy barədə AÇIQLAMA

15:19 - 07 Yanvar 2026

 Müğənnidən Dubaydakı dəbdəbəli toy barədə AÇIQLAMA

Müğənni Ayaz Babayevin millət vəkili Razi Nurullayevin qardaşı oğlunun Dubayda baş tutan dəbdəbəli toyunda ifa etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, müğənninin qardaşı Əli Babayev açıqlamasında bildirib ki, Ayaz Babayev həmin toyda iştirak etməyib. Onun sözlərinə görə, müğənninin qatıldığı toy sözügedən dəbdəbəli tədbir olmayıb:

“Bu iki toyun bir-biri ilə heç bir əlaqəsi yoxdur. Müğənni həmin dəbdəbəli toya ümumiyyətlə dəvət almayıb. Bir sözlə, Ayaz Babayev ötən gün Dubayda dəbdəbəli baş tutan toyda iştirak etməyib”.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğluna Dubaydakı dəbdəbəli toy mərasimi təşkil etməsi gündəm yaradıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az